AVRO-2024: Avstriya qrup lideri oldu, Fransa pley-offdabackend

AVRO-2024: Avstriya qrup lideri oldu, Fransa pley-offda

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatının D qrupunda III turun oyunları keçirilib.

KONKRET.az xəbər verir ki, Niderland millisi Avstriya ilə üz-üzə gəlib.

Qarşılaşma “narıncılar”ın məğlubiyyəti ilə bitib – 2:3.

Qrupun digər matçında isə turnirin favoritlərindən biri hesab edilən Fransa millisi Polşa ilə qarşılaşıb. Oyun heç-heçə baş çatıb – 1:1.

Beləliklə, Avstriya yığması qrup lideri kimi 1/8 finala yüksəlib. Fransa ikinci, Niderland isə 3-cü olub.

Buna baxmayaraq, Niderland ən yaxşı qrup üçüncüsü kimi pley-off şanslarını davam etdirir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*