“Avropa Birləşmiş Ştatlarla potensial ticarət müharibəsindən zərər görməmək üçün “Birinci Avropa” strategiyasına keçməlidir”.
KONKRET.az xəbər verir ki, bunu “Financial Times”ə açıqlamasında Avropa Komissiyasının tərəqqi və sənaye strategiyası üzrə vitse-prezidenti Stefan Sejournet deyib.
“Əgər bütün dünya bazarları bağlanarsa, açıq qalan yeganə bazar Avropa bazarı ola bilməz. ABŞ Latın Amerikası, Hindistan, Çinə bağlanarsa, Avropa bazarı dünyadaki bütün həddindən artıq tutumun hədəfinə çevrilə bilməz, əks halda biz qısamüddətli iqtisadi böhranla üzləşəcəyik”, – deyə komissiya rəsmisi bildirib.
O əlavə edib ki, Avropa da məhsulların dünya bazarlarına çıxarılması üçün öz səylərinə diqqət yetirməlidir.
Natiq Səlim,
KONKRET.az