Avropa Birliyi ABŞ-dan ÜST qərarını nəzərdən keçirməyə çağırdıbackend

Avropa Birliyi ABŞ-dan ÜST qərarını nəzərdən keçirməyə çağırdı

Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen və Avropa Komissiyasının vitse-prezidenti, Avropa diplomatiyasının direktoru Josep Borrell ABŞ-ı Ümumdünya Səhiyyə Təşkilatı ilə əlaqələri kəsmək qərarına yenidən baxmağa çağırdılar.

KONKRET.az xəbər verir ki, bəyanatda “ABŞ-ı elan edilmiş qərarına yenidən baxmağa çağırırıq” deyilib.

“Dünya COVID-19 pandemiyası ilə mübarizəni davam etdirsə də, hər kəs üçün əsas vəzifə canını qurtarmaq, bu pandemiyanı saxlamaq və yavaşıtmaqdır.

“Avropa Birliyi bu məsələdə ÜST-ə dəstəyini davam etdirir və artıq əlavə maliyyə ayırıb” deyib.

“Qlobal əməkdaşlıq və həmrəylik vəba xəstəliyi ilə mübarizə üçün yeganə effektiv yoldur”, deyə AB liderləri vurğulayıblar.

“ÜST, həm mövcud, həm də gələcəkdə baş verə biləcək pandemiya ilə mübarizə üçün beynəlxalq fəaliyyət göstərməyə davam etməlidir. Bunun üçün hamının iştirakı və dəstəyi lazımdır. Bu qlobal təhlükə qarşısında artıq inkişaf etmiş əməkdaşlıq və ortaq həll yollarının vaxtı gəldi” deyib.

Daha əvvəl ABŞ prezidenti Donald Tramp ölkəsinin ÜST ilə əlaqələrini bitirdiyini söyləyib: “Bu qurum tələb olunan islahatları aparmaqdan imtina edib”.

Onun sözlərinə görə, ABŞ ÜST-ə ayırdığı vəsaiti təcili sağlamlıq ehtiyacları üçün bütün dünyaya yönəldəcək.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*