Ermənistan “konyak” adı altında alkoqollu içkinin satışını dayandırırbackend

Ermənistan “konyak” adı altında alkoqollu içkinin satışını dayandırır

Avropa Birliyi Ermənistana 3 milyon avro maliyyə yardımı ayıracaq. Bunun üçün Ermənistan “konyak” adı altında alkoqollu içkinin satışını dayandırmalıdır. Artıq Ermənistan Avropa Birliyinin maliyyə yardımına dair müqaviləni təsdiqləyib.

KONKRET.az xəbər verir ki, maliyyə yardımı Ermənistana “qonşuluq xidməti” layihəsi çərçivəsində ediləcək.

Məqsəd, erməni istehsalçılarının “konyak” adından istifadəsini  effektiv və planlı şəkildə dayandırmaq, həmçinin onların beynəlxalq bazarlarda rəqabətliliyinə ziyan vurmamaqdır.

“Konyak” qorunan coğrafi bir addır. “Konyak” adı yalnız istehsalı eyniadlı şəhərin Şaranta şöbəsində həyata keçirilən alkoqollu (brend) içkiyə verilə bilər.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*