Avropa çempionatı: Azərbaycanın daha iki cüdoçusu qızıl medal qazandıbackend

Avropa çempionatı: Azərbaycanın daha iki cüdoçusu qızıl medal qazandı

Azərbaycanın gənc cüdoçuları Estoniyanın paytaxtı Tallində keçirilən Avropa çempionatının ikinci günündə də iki qızıl medal qazanıblar.

KONKRET.az-ın məlumatına görə, son olaraq Süleyman Şükürov (81 kq) finalda gürcüstanlı Aleksandre Loladze ilə üz-üzə gəlib.

Rəqibinə qalib gələn Şükürov yarışın qalibi olub.

Bu gün Vüsal Qələndərzadə (73 kq) qızıl mükafata sahib çıxıb.

Qeyd edək ki, ötən gün Könül Əliyeva (48 kq) və Fidan Əlizadə (57 kq) turnirdə qızıl medal əldə ediblər. Nizami İmranov (60 kq) gümüş mükafatla kifayətlənib. Yarış sentyabrın 8-də başa çatacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*