Avropa ciddi narahatdır: Ukrayna kapitulyasiya imzalayacaq, sonra isə… – ŞOK SSENARİbackend

Avropa ciddi narahatdır: Ukrayna kapitulyasiya imzalayacaq, sonra isə... - ŞOK SSENARİ

Ukrayna prezidenti Volodimir Zelenskinin həm Rusiya lideri Vladimir Putin, həm də ABŞ rəhbəri Donald Trampla görüş təklifi beynəlxalq diplomatiyada müxtəlif siqnallar kimi qəbul olunur.

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Zeynal Əmrəliyev bildirib ki, liderlərin görüşü məsələsində ciddi təzadlar mövcuddur:

İsrailin əsas hədəfi Qaza bölgəsində Həmasdır" Zeynal Əmrəliyev | news365.az

“Putin açıq şəkildə Zelenski ilə görüşdən imtina edir. Rusiya prezidenti yalnız o halda bu görüşə razı ola bilər ki, Zelenski Moskvaya səfər etsin. Ukrayna müharibəsinin davam etdiyi bir vaxtda bu, faktiki mümkünsüzdür. Görüş üçün ən məqbul variant İstanbul sayılır. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın vasitəçiliyi ilə belə bir dialoq gerçəkləşə bilər, lakin görünən odur ki, Rusiya tərəfi buna maraqlı deyil. Ukrayna isə əksinə, görüşdə israrlıdır”.

Politoloq qeyd edib ki, Zelenskinin Putinə “Kiyevə səfər edə bilərsən” mesajı verməsi də siyasi simvolik addım idi. Ukrayna lideri bununla göstərmək istədi ki, Rusiya ilə bərabərhüquqlu mövqedə dayanır.

Əmrəliyev əlavə edib ki, Tramp vasitəçiliyi ilə görüş təklifi də gündəmdədir:

“Tramp bu görüşdə həm Putini, həm də Zelenskini sülhə sürükləmək, hər iki tərəfi güzəştə getməyə vadar etmək niyyətindədir. Məqsəd Rusiyanı müharibəni dayandırmağa, Ukraynanı isə təhlükəsizlik təminatlarını qəbul etməyə yönəltməkdir. Lakin Avropa ölkələri bu ssenaridən ciddi narahatdır. Çünki belə bir sülh müqaviləsi Ukraynanın kapitulyasiya aktı kimi qiymətləndirilə bilər və Avropada bu faktla barışmaq istəmirlər”.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*