Avropa diplomatiyasının sabiq rəhbəri dələduzluq ittihamı ilə saxlanılıb.
KONKRET.az bildirir ki, AFP-nin məlumatına görə, Brüsseldə Avropa Xarici Fəaliyyət Xidmətinin qərargahında aparılan axtarışlardan sonra Avropa diplomatiyasının sabiq rəhbəri Federika Mogerini (2014–2019) dələduzluq ittihamı ilə həbs olunub.
Onun Avropa Kolleci nəzdində yeni yaradılan Avropa İttifaqının Diplomatik Akademiyasının maliyyələşdirilməsi üçün keçirilən tenderlə bağlı dələduzluqda şübhəli olduğu bildirilir.
Avropa Prokurorluğu (EPPO) qeyd edib ki, ümumilikdə bu iş üzrə üç nəfər saxlanılıb, lakin digər şübhəlilərin adları hələlik açıqlanmır.
Müşviq Tofiqoğlu
KONKRET.az
