Avropa düşünür: Rusiyaya atəş açmalıdır, ya yox?backend

Avropa düşünür: Rusiyaya atəş açmalıdır, ya yox?

Aİ-nin xarici işlər nazirləri Brüsseldə keçirilən qeyri-rəsmi görüşdə Kiyevin Avropa silahları ilə Rusiya Federasiyası ərazisinə endirdiyi zərbələrə qoyulan məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı qərar qəbul etməyiblər.

KONKRET.az xəbər verir ki, bunu Aİ diplomatiyasının rəhbəri Josep Borrell görüşün yekununda bildirib.

Daha əvvəl o, Avropa nazirlərini “bütün məhdudiyyətləri” ləğv etməyə çağıracağını söyləyib.

“Nazirlər məhdudiyyətlərin aradan qaldırılmasını müzakirə ediblər. Əsas nəticə ondan ibarətdir ki, bu, hər bir üzv dövlətin qərarı olaraq qalır… Biz ümumi Avropa mövqeyinə gəlməmişik”, deyə o, qeyd edib.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*