Avropa İttifaqı ABŞ-la ticarət danışıqlarında əlverişsiz razılaşmaya razı ola bilərbackend

Avropa İttifaqı ABŞ-la ticarət danışıqlarında əlverişsiz razılaşmaya razı ola bilər

Avropa İttifaqının rəhbərliyi ABŞ-la davam edən ticarət danışıqlarında əlverişsiz şərtlərlə razılaşmağa hazırdır. Bu barədə Bloomberg agentliyi diplomatik mənbələrə istinadla məlumat yayıb.

KONKRET.az xəbər verir ki, məqsəd – 1 avqust tarixindən qüvvəyə minəcək 30 faizlik Amerika gömrük rüsumlarından yayınmaqdır. Qeyd edilir ki, danışıqlarda irəliləyiş minimal səviyyədədir və tərəflər hələ də əsaslı razılıq əldə etməyiblər.

Buna görə də, Avropa İttifaqı ehtimal edilən nəticəsizliyə qarşı daha sərt və aktiv cavab tədbirlərinə hazırlaşır.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*