Avropa İttifaqı elmi-tədqiqat işlərinə xərcləri ARTIRDIbackend

Avropa İttifaqı elmi-tədqiqat işlərinə xərcləri ARTIRDI

2022-ci ildə Avropa İttifaqı ölkələrində elmi-tədqiqat işlərinə dövlət xərcləri 5,4% artaraq 117,368 milyard avroya çatıb ki, bu da ÜDM-in 0,74%-nə bərabərdir.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Avropa Statistika Agentliyi “Eurostat” məlumat yayıb.

Adambaşına hesablasaq, keçən il Avropa İttifaqında elmi-tədqiqat işlərinə dövlət xərcləri 2021-ci ildəki 178,5 avro ilə müqayisədə 262,7 avro təşkil edib.

Belə ki, bu göstərici ən yüksək Lüksemburq (adambaşına 661,6 avro), Danimarka (529,1 avro) və Almaniyada (517,6 avro) olub. Eyni zamanda, ən aşağı qiymətlər Rumıniyada (17,6 avro), Bolqarıstanda (27,3 avro) və Latviyada (49,6 avro) qeydə alınıb.

Ötən il Aİ-nin dövlət büdcəsindən elmi-tədqiqat və təkmilləşdirmə sahəsinə ayırmaların ən böyük hissəsi (35,5%) ümumi təhsil ehtiyaclarına yönəldilib. Ümumi xərclərin 16,5%-i digər təhsil layihələrinə, 10,2%-i sənaye istehsalı və texnologiyasına, 8,3%-i səhiyyəyə, 5,9%-i isə kosmik tədqiqatlara yönəldilib.

Eyni zamanda, hərbi sahədə tədqiqatlara qoyulan investisiyaların payı 2021-ci ildəki 2,6%-dən 4,2%-ə yüksəlib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*