Avropa İttifaqı Ermənistandan bunu tələb edir – Qaluzinbackend

Avropa İttifaqı Ermənistandan bunu tələb edir - Qaluzin

“Avropa İttifaqı artıq Ermənistandan siyasi loyallıq tələb edir və bunun müqabilində İrəvana konkret heç nə vəd etmədən anti-Rusiya sanksiyalarına qoşulur”.

KONKRET.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.

“Ermənistanla Avropa İttifaqı arasında yaxınlaşma və xüsusən də vizasız rejimi ilə bağlı danışıqlar artıq başlayıb. Ancaq Avropa İttifaqı burada da loyaldır, konkret vədlər vermədən Ermənistandan siyasi loyallıq tələb edir və anti-Rusiya sanksiyalarına qoşulur. Moskva İrəvana Avrasiya İqtisadi İttifaqı və Avropa İttifaqına eyni vaxtda üzvlüyün mümkünsüzlüyünü açıq şəkildə bəyan edib. Bunlar tamamilə fərqli sistemlərdir və eyni zamanda onların içində olmaq sadəcə mümkün deyil. Ermənistanın Aİİ-yə üzvlüyü ölkəyə ticarət dövrüyyəsi və investisiyaların artması baxımından maddi və əhəmiyyətli faydalar gətirir. Amma Paşinyan Rusiyanın hədələrindən çəkinmir və qərbyönümlü siyasətini davam etdirir. ABŞ səfəri uğursuz olan Ermənistan baş naziri indi də Fransaya qaçır”, – Qaluzin vurğulayıb.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*