Macarıstanın Baş nazirinin müşaviri Balazs Orban Aİ-nin Ukraynaya yardımla bağlı təzyiqlərini “şantaj” adlandırıb.
KONKRET.az bildirir ki, bu barədə TASS məlumat yayıb.
Onun sözlərinə görə, Avropa İttifaqı Ukraynaya maliyyə ayrılmasını təsdiqləməkdən imtina etməyə davam edərsə, Macarıstan iqtisadiyyatını sarsıtmaq üçün plan hazırlayır.
Qeyd edək ki, 2023-cü il dekabrın 14-15-də Brüsseldə keçirilən Aİ-nin sonuncu sammitində Macarıstanın baş naziri icmanın 2024-2027-ci illər üçün büdcədən Ukraynaya 50 milyard avro ayrılmasını nəzərdə tutan düzəlişlərə veto qoyub. Məsələ Aİ liderləri tərəfindən fevralın 1-də Brüsseldə keçiriləcək növbəti görüşündə yenidən müzakirə olunacaq.
Fatimə Lətif,
KONKRET.az