“Avropa İttifaqı müharibənin bitməsini istəmir” – Peskovbackend

"Avropa İttifaqı müharibənin bitməsini istəmir" - Peskov

“Aİ Ukraynadakı münaqişəni davam etdirməkdə qərarlıdır”.

KONKRET.az xəbər verir ki, bunu Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov deyib.

Onun sözlərinə görə, Avropa İttifaqı (Aİ) ABŞ-dan fərqli olaraq, Ukrayna münaqişəsinin davam etdirilməsinə sadiqdir.

“Avropalılar müharibəni davam etdirmək və sanksiyalar tətbiq etmək yolunda israrlıdırlar. Avropalıların bu qənaəti Ukrayna ətrafında problemin həlli yollarını axtarmaq əhval-ruhiyyəsi ilə tamamilə ziddiyyət təşkil edir. Əslində, bizim hazırda amerikalılarla etdiyimiz iş budur”, – Peskov vurğulayıb.

Müşviq Tofiqoğlu, 

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*