Avropa İttifaqı Qırmızı dənizdə ABŞ-a dəstək verirbackend

Avropa İttifaqı Qırmızı dənizdə ABŞ-a dəstək verir

Avropa İttifaqına üzv dövlətlər Qırmızı dənizdə üzmə azadlığına və gəmilərin mühafizəsinə nail olmaq üçün Amerikanın “Prosperity Guardian” əməliyyatında iştirak etmək qərarına gəliblər.

KONKRET.az xəbər verir ki, bunu Aİ rəsmizi Jozef  Borrel X sosial şəbəkəsində bildirib.

Onun sözlərinə görə, husilərin hərəkətləri bu ərazidə gəmiçiliyi təhdid edir.

“Aİ Atalanta əməliyyatı vasitəsilə Prosperity Guardian-a töhfə verməyə razılaşıb”.

Xatırladaq ki, dekabrın 19-da Pentaqon rəhbəri Lloyd Austin Qırmızı dənizi husilərdən qorumaq üçün çoxmillətli əməliyyata başladığını elan edib.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*