Avropa İttifaqı Rusiyaya qarşı 290 milyard avro dəyərində iddia qaldırıbbackend

Avropa İttifaqı Rusiyaya qarşı 290 milyard avro dəyərində iddia qaldırıb

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı Avropa mallarının qanunsuz ayrı-seçkiliyi ilə bağlı iddialarını 290 milyard avro dəyərində qiymətləndirib.

KONKRET.az xəbər verir ki, bu barədə “İzvestiya” qəzeti Aİ-nin şikayətinin mətninə istinadən məlumat yayıb.

Avropa İttifaqı Ümumdünya Ticarət Təşkilatına (ÜTT) müraciət edib. Aİ-nin iddiaları Rusiyanın idxalı əvəzləmə siyasəti ilə bağlı üç tədbirlə bağlıdır.

İlk iddiada dövlət satınalmaları ilə bağlı müraciətlərin ayrı-seçkilik əsasında qiymətləndirilməsi yer alıb. Belə ki, dövlətə aidiyyəti olan Rusiya şirkətləri əsassız üstünlüklər əldə edir, həmçinin tenderlərdə 15-30% aşağı qiymətə təkliflər verirlər. Təkliflər aşağı olsa da bu müəssisələr sonradan öz işlərinə görə tam məbləği alırlar.

İkinci ayrı-seçkilik tədbiri xaricdə mühəndislik məhsullarının əldə edilməsi üçün ilkin icazələrin alınmasıdır.

Həmçinin, Aİ milli satınalma kvotalarından da narazıdır. Belə ki, 250-yə yaxın mal qrupunun 90 faizi yerli istehsal məhsulları olmalıdır:

“Bu qarışıq məhdudiyyətlər və təşviqlər xarici istehsalçılara qarşı ayrı-seçkilik yaradır və Ümumdünya Ticarət Təşkilatının qaydalarını pozur” , – deyə məlumatda qeyd edilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*