Avropa İttifaqı Ukraynaya bu il son ödənişini etdibackend

Avropa İttifaqı Ukraynaya bu il son ödənişini etdi

“Avropa Komissiyası 2023-cü il makromaliyyə yardımı proqramı çərçivəsində 1,5 milyard avronu lUkraynaya köçürüb.

KONKRET.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen məlumat verib.

“Bu gün biz 2023-cü ildə Ukraynaya 18 milyard avroluq yardım paketimizin 1,5 milyard avroluq son tranşını köçürdük”, o, X media səhifəsində yazıb.

O, həmçinin təsdiqləyib ki, Aİ ölkələri arasında Kiyevə 2024-cü il və sonrakı illər üçün yeni yardım proqramı ilə bağlı hələ də razılıq yoxdur: “Biz Ukraynanı bərpa etmək və islahatları həyata keçirmək üçün lazım olan yardımla bağlı razılığa gəlməliyik. Biz qonşumuzu, dostumuzu və Aİ-nin gələcək üzvünü tam dəstəkləyirik”.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*