Avropa İttifaqından Apple haqqında QƏRARbackend

Avropa İttifaqından Apple haqqında QƏRAR

Avropa Birliyi (Aİ) texnologiya nəhəngi Apple haqqında araşdırmaya başlayacaq.

KONKRET.az xəbər verir ki, buna səbəb cihazlarda App Store tətbiqinin yaratdığı problemlə bağlıdır. İddialara görə, bu tətbiq texnologiya qaydalarını ciddi şəkildə pozur.

Açıqlamada xatırladılıb ki, tətbiqlərini App Store üzərindən yayan tərtibatçılar Aİ qanunları çərçivəsində müştərilərini alternativ və daha ucuz satın alma variantları haqqında pulsuz məlumatlandırmalı və onları bu təkliflərə yönəltməli və imkan yaratmalıdırlar:

“Apple bu sahədə qeyri-adekvat olub, şirkətin proqram tərtibatçıları ilə əlaqələri müntəzəm tənzimlənmir, şərtlər, o cümlədən App Store-nin yönləndirmə qaydaları Aİ qaydalarındakı kriteriyalara cavab vermir.

“Çox uzun müddətdir ki, Apple innovativ şirkətləri sıxışdırır və istehlakçılara yeni imkanlar və seçimlər təklif etmir”.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*