Avropa İttifaqının yüksək səviyyəli diplomatı Kaya Kallas gələn həftə Qəzza sektorundakı hərbi əməliyyatlara görə İsrailə qarşı məhdudlaşdırıcı tədbirlərin variantlarını açıqlayacaq.
KONKRET.az xəbər verir ki, məlumata görə, bir neçə ssenari müzakirə olunur, o cümlədən İsrailin Avropa İttifaqı ilə Assosiasiya Sazişinin tam və ya qismən dayandırılması, rəsmilər, hərbçilər və məskunlaşanlara qarşı sanksiyalar tətbiqi. Həmçinin, mənbələr bildirirlər ki, Avropa İttifaqı İsraillə ticarəti məhdudlaşdıra, silah tədarükünə embarqo tətbiq edə və elmi-texniki əməkdaşlığı dayandıra bilər.
Assosiasiya Sazişinin dayandırılması yalnız milli hökumətlərin yekdil dəstəyi ilə mümkün ola bilər. Portalın mənbələrinin sözlərinə görə, ən çox ehtimal olunan ssenari Avropa İttifaqının müəyyən şəxslərə qarşı sanksiyalar tətbiq etməsidir, hansı ki, bu addımı artıq Avstraliya, Böyük Britaniya, Kanada, Yeni Zelandiya və Norveç atıb.
Müşviq Tofiqoğlu,
KONKRET.az