Avropa Komissiyası bu türk məhsulunun idxalına qadağa qoydubackend

Avropa Komissiyası bu türk məhsulunun idxalına qadağa qoydu

Avropa Komissiyası Türkiyədən ikiqapaqlı molyuskaların idxalına qoyulan məhdudiyyətləri uzadıb. İstiridyə və midye kimi ikivallı molyusklara qarşı tədbirlərin davam etdiriləcəyi bildirilib.

KONKRET.az xəbər verir ki, görülən tədbirlər 2026-cı ilin dekabr ayına qədər qüvvədə olacaq.

Canlı və soyudulmuş ikiqapaqlı molyuskların saxlanma müddəti qısa olduğu üçün sərhəddə sınaqdan keçirilə bilmədiyi qeyd edilib və bu səbəbdən idxalına qadağa qoyulub.

Dondurulmuş və emal olunmuş ikiqapaqlı molyuskalar sınaqdan çıxarılarkən məlum olub ki, bəzi çatışmazlıqlar aşkar edilib. Qida təhlükəsizliyi ilə bağlı çatışmazlıqlar müəyyən olunduğuna görə Avropa Birliyi ölkələr hərəkətə keçib və müəyyən müddətə bu məhsulların istehsalına qadağa tətbiq edilib.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*