Avropa Komissiyası Fransa, İtaliya və Aİ-nin digər beş üzv ölkəsini keçən il həddindən artıq hökumət kəsirlərinə görə cəzalandırmaq üçün prosedurlara başlayıb.
KONKRET.az xəbər verir ki, Fransa və İtaliya ilə yanaşı, Avropa İttifaqını pozma proseduru ilə üzləşən ölkələr arasında Belçika, Macarıstan, Malta, Polşa və Slovakiya da var.
Avropa Komissiyasının qərarında qeyd olunur ki, 7 Aİ ölkəsi dövlət xərclərini azaltmalıdır. Aİ-nin maliyyə nazirləri AK-nin qiymətləndirməsini iyul ayında təsdiqləməlidirlər.
Cəza proseduruna məruz qalan ölkələr dörd il ərzində öz borclarını və dövlət kəsirlərini azaltmaq üçün tədbirlər təqdim etməlidirlər.
Natiq Səlim,
KONKRET.az