Avropa Liqası: “Qarabağ” və “Sevilya” fasiləyə heç-heçə ilə yollandılarbackend

Avropa Liqası: "Qarabağ" və "Sevilya" fasiləyə heç-heçə ilə yollandılar

Avropa Liqasının qrup mərhələsinin I turu çərçivəsində keçirilən “Qarabağ” (Azərbaycan) – “Sevilya” (İspaniya) oyununda fasilə yaranıb.

Konkret.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Bakıda keçirilən matçın ilk 45 dəqiqəsindən sonra hesab açılmayıb – 0:0.

Qeyd edək ki, bu gün Avropa Liqasında qrup mərhələsinə start verilib. Birinci turun ilk oyunlarından biri Bakıda keçirilir.

Ardıcıl 6-cı dəfə avrokubokların qrupunda mübarizə aparan Azərbaycan çempionu “Qarabağ” da növbəti sınağına çıxıb. Baş məşqçi Qurban Qurbanovun yetirmələri ikinci dərəcəli klub turnirinin əsas raunduna ev matçı ilə başlayıb.

Ağdam təmsilçisi İspaniyanın “Sevilya” komandası ilə üz-üzə gəlib. Matç Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionundakı keçirilir.

“Qarabağ” Çempionlar Liqasında başladığı cari mövsümdə Albaniya “Partizani”si (0:0, 2:0), İrlandiya “Dandalk”ı (1:1, 3:0) və Kipr APOEL-i (2:1, 0:2) ilə üz-üzə gəlib. Avropa Liqasının pley-offunda səfər qolları sayəsində Şimali İrlandiyanın “Linfild” (2:3, 2:1) klubunu mübarizədən kənarlaşdırıb.

Avropa Liqası
Qrup mərhələsi
I tur
19 sentyabr
A qrupu
20:55. “Qarabağ” (Azərbaycan) – “Sevilya” (İspaniya)
Baş hakim: Yevgeni Aranovski (Ukrayn a)

Qarabağ: 1. Asmir Beqoviç, 2. Qara Qarayev, 3. Ailton Silva, 5. Maksim Medvedev (k), 8. Miçel, 9. Xayme Romero, 17. Abdullah Zubir, 20. Riçard Almeyda, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov, 99. Maqaye Geye
Ehtiyat oyunçular: 13. Vaqner da Silva, 6. Simeon Slavçev, 7. Araz Abdullayev, 10. Dani Kintana, 14. Rəşad Sadıqov, 18. İsmayıl İbrahimli, 23. Fayçal Rerras
Baş məşqçi: Qurban Qurbanov

Sevilya: 1. Tomaş Vatslik, 11. Munir, 12. Jül Kunde, 14. Xavyer Ernandes, 15. Alexandro Pozo, 17. Nemanya Qudel, 18. Serxio Eskudero (k), 20. Dieqo Karlos, 21. Oliver Torres, 22. Franko Vaskes, 24. Joan Jordan
Ehtiyat oyunçular: 13. Yassin Bouno, 3. Serxi Qomes, 7. Runu Lopes, 9. Munas Dabbur, 10. Ever Baneqa, 23. Serxio Reqilon, 25. Fernando Rejes
Baş məşqçi: Xulen Lopeteqi

Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*