Lüksemburqdakı Avropa Məhkəməsi Roman Abramoviçin iddiasını rədd edirb.
KONKRET.az xəbər verir ki, Rusiyanın Ukraynaya hücumundan sonra Avropa İttifaqı rusiyalı milyarderi sanksiyalar siyahısına daxil edib.
Abramoviçin Vladimir Putinlə yaxın əlaqələri və onun xüsusi imtiyazları avropalıların da diqqətindən yayınmayıb.
Aİ-də hesab edirlər ki, bu əlaqələr Abramoviçə sərvətini saxlamağa imkan verib. Buna görə də o, Krımın işğalına və Ukraynanın sabitliyinin pozulmasına görə məsuliyyət daşıyan Rusiya prezidentindən faydalanıb. Həmçinin qeyd edilib ki, Abramoviç Rusiyanın aparıcı iş adamlarından biri kimi “Rusiya hökuməti üçün əhəmiyyətli gəlir mənbəyi”dir.
Roman Abramoviç ötən ilin mayında ona qarşı tətbiq edilən sanksiyaların ləğvi üçün Aİ-yə qarşı iddia qaldırıb. O, Avropa İttifaqının qiymətləndirməsində açıq-aşkar səhv olduğunu, adının siyahıya daxil edilməsini hüquqlarının pozulması kimi qiymətləndirib. Avropa Məhkəməsinin sənədlərindən də görünür ki, Abramoviç “Çelsi” futbol klubunu satdıqdan sonra Ukrayna münaqişəsinin qurbanları üçün Aİ-nin xeyriyyə fonduna 1 milyon avro ödəmək istəyib”.
Vəli Həsənov,KONKRET.az