Avropa 2030-cu ildə Rusiya ilə baş verə biləcək hərbi qarşıdurmaya hazırlaşır.
KONKRET.az xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto deyib.
Nazirin sözlərinə görə, AB sənədlərində döyüş hazırlığının 2029-cu ilə qədər təmin edilməli olduğu bildirilir. Bu, 2030-cu ildə Avropa ilə Rusiya arasında müharibəyə imkan verəcək.
Siyarto qarşıdakı dövrdə bütün qitədə “yanğın” riskinin olduğunu da qeyd edib.
