Avropa İttifaqı Rusiya vətəndaşlarına turist vizalarının verilməsini məhdudlaşdırmağı planlaşdırır.
KONKRET.az xəbər verir ki, bu məsələ 19-cu sanksiyalar paketi çərçivəsində müzakirə olunur.
İtaliyanın ANSA agentliyinin məlumatına görə, məhdudiyyətlər yalnız turistlərə deyil, həm də Rusiya diplomatlarına şamil edilə bilər.
Diplomatların Şengen zonasında sərbəst hərəkətinə qadağa qoyulması nəzərdən keçirilir.
Müşviq Tofiqoğlu
KONKRET.az