Avropa Rusiyaya “zərbə” vurmağa hazırlaşır – ABŞ nə edəcək? backend

Avropa Rusiyaya "zərbə" vurmağa hazırlaşır - ABŞ nə edəcək? 

Aİ-nin Rusiyaya qarşı 18-ci sanksiyalar paketinin iki əsas məqamı onun neft-dollar gəlirlərini məhdudlaşdırmaq və “Şimal axını” boru kəmərinin bərpasının qarşısını almaq cəhdi olacaq. Avropa Komissiyası həmçinin Rusiyanın 190 milyard avro valyuta ehtiyatının dondurulduğu Belçikanı Moskvanın mümkün məhkəmə iddialarından qorumağa çalışacaq.

KONKRET.az xəbər verir ki, Avropa Komissiyası Ukraynada dayanmış sülh prosesi fonunda hazırlanan yeni sanksiyalarla bağlı təklifləri təqdim etməyi planlaşdırır.

Onlarla tanış olan üç nəfərin qəzetə verdiyi məlumata görə, bu, Rusiya neftinin qiymətinin bir barelinin hazırkı 60 dollardan 45 dollara endirilməsini ehtiva edir. Bundan əlavə, Rusiyanın enerji infrastrukturunun, o cümlədən “Şimal axını” boru kəmərinin istismarına qadağa qoyulmasını nəzərdə tutur.

Almaniyanın yeni kansleri Fridrix Merz daha əvvəl Avropa Komissiyasının sədri Ursula fon der Leyen ilə “Şimal axını”nı qadağan etmək barədə razılığa gəlmişdi. Aİ və ABŞ Rusiyanı sülh danışıqlarına məcbur etmək üçün ona əlavə iqtisadi təzyiq göstərmək istəyirlər. Bununla belə, Vaşinqtonun birmənalı olmayan mövqeyi var. Bu arada Senat Rusiyanın enerji resurslarını alan ölkələrə 500% rüsum tətbiq etmək üçün qanun layihəsi hazırlayıb. Lakin administrasiyanın sanksiyaları sərtləşdirmək istəməməsi ilə senatorlar son günlər qanun layihəsinin təsdiqlənməsinə başlamaq üçün səylərini zəiflətdi.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*