Avropa Ukraynaya ABŞ silahlarını belə ötürəcəkbackend

Avropa Ukraynaya ABŞ silahlarını belə ötürəcək

Avropa ölkələri Ukraynaya ABŞ istehsalı olan silahlarla hərbi yardım göstərmək üçün müxtəlif maliyyə alətləri və mexanizmlər tətbiq edəcək.

KONKRET.az xəbər verir ki, yardım sxemləri arasında bir neçə model var: mövcud silahların Ukraynaya ötürülməsi və sonradan onların əvəzinin alınması, yaxud digər ölkələr üçün nəzərdə tutulan silah tədarükünün Ukraynaya yönləndirilməsi — daha sonra bu silahların müttəfiqlərə satılması ilə kompensasiya olunması planlaşdırılır.

Almaniya isə Kiyevə dəstək və öz müdafiə qabiliyyətinin gücləndirilməsi məqsədilə dövlət borcu ilə bağlı qanunvericiliyində dəyişiklik edib. Bu dəyişiklik hökumətə daha çox vəsait cəlb etməyə imkan verir.

Ukraynanın əsas prioritetlərindən biri bu gün Patriot zenit-raket kompleksləridir. Qeyd olunur ki, bir Patriot batareyasının dəyəri 1 milyard dollar, bir raketin qiyməti isə 4 milyon dollardır.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*