Avropa və Ukrayna qorxu içində: “Trampın Kiyevsiz sülh planı…”backend

Avropa və Ukrayna qorxu içində: "Trampın Kiyevsiz sülh planı..."

Putin və Tramp arasında aparılan telefon danışığı Ukrayna və Avropa rəsmilərini”dəli” edib.

KONKRET.az xəbər verir ki, bu barədə “The Economist” nəşri məlumat dərc edib.

Nəşr yazır ki, ABŞ prezidenti əvəzində nəzərəçarpacaq güzəştlər almadan faktiki olaraq Rusiya ilə münasibətləri normallaşdırmağa başlayır. Bunun fonunda ABŞ-ın Kiyevə dəstəyinin gələcəyi dumanlı görünür.

“Rusiya və ABŞ prezidentləri arasında telefon danışığı Ukrayna və Avropa rəsmilərində qorxu və təşviş yaradıb. Ukrayna rəsmiləri hesab edir ki, nizamlanma Kiyevin iştirakı olmadan baş tutacaq. Onlar Vaşinqtonun Ukraynanı dəstəksiz tərk edəcəyindən ehtiyatlanırlar. Onların qorxuları Trampın Ukrayna ilə məsləhətləşmədən Putinlə telefonla danışması və müharibəni dayandırmaq üçün dərhal danışıqlara başlayacağını elan etməsi ilə daha da güclənib. Odur ki, hər şey Ukraynanın və Avropanın iştirakı olmadan həll ediləcək”, – nəşr yazıb.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*