Avropa Məhkəməsi Ukraynanın eks-prezidenti Viktor Yanukoviç və oğlu Aleksandrın Ukraynaya prezidentlik dövründə korrupsiya ittihamları ilə bağlı daxil olduqları Aİ-nin sanksiya siyahısından çıxarılması barədə qərar çıxarıb.
KONKRET.az xəbər verir ki, bu barədə məhkəmənin müvafiq qərarında deyilir.
Aİ Ədalət Məhkəməsi vurğulayır ki, Yanukoviç və oğlunun adlarının saxlandığı siyahının həmin hissəsi ilə bağlı Aİ Şurasının qərarı ləğv edilməlidir.
Qeyd edilir ki, Avropa Məhkəməsi artıq sanksiyaların ləğvi və əsassız kimi tanınması ilə bağlı beş qərar qəbul edib
Rəsmiyyə Şərifova,
KONKRET.az