Avropada koronavirusla bağlı vəziyyət pisləşir – ÜSTbackend

Avropada koronavirusla bağlı vəziyyət pisləşir - ÜST

ÜST-ün fövqəladə hallar şöbəsinin müdiri Michael Rayan deyib ki, Avropa liderləri yaxşılığa doğru ümidlə yaşamaq çağırışlarını dayandırmalı, yaxınlaşan qış dövründə həssas sosial qrupları fəsadlardan qoruyacaq sərt qərarlar verməlidirlər.

KONKRET.az xəbər verir ki, Danimarka epidemioloji vəziyyətin pisləşməsi səbəbindən bir sıra məhdudiyyətləri yenidən tətbiq edib. Xüsusilə bar və restoranların iş saatları azaldılıb.

Fransada tədris ilinin əvvəlindən bəri 28 məktəbdə uşaqlar arasında Covid-19 hadisəsi olduğu bildirildikdən sonra 81 məktəb bağlanıb. İki mindən çox sinifdən kənar və fərdi dərslər ləğv edilib.

Ümumiyyətlə, ölkədə avqust ayından bəri infeksiya statistikasında kəskin artım müşahidə olunur. Keçən bazar günü gündəlik yeni xəstələnmə sayı 10 min nəfəri keçib. Bordo və Marselin səlahiyyətliləri karantin tədbirlərini sərtləşdirməyə qərar verib.

Çex Respublikasında yeni gündəlik anti-rekord son 24 saat ərzində 1677 hadisədir. Xəstəxanaya yerləşdirilən və reanimasiyaya ehtiyacı olan xəstələrin sayı kəskin şəkildə artır. Ölüm statistikası da yüksəlib. Bunu ölkənin səlahiyyətliləri açıqlayıb. Onların qiymətləndirmələrinə görə, Çex Respublikasındakı ümumi vəziyyət mart-aprel aylarının göstəricilərinə yaxınlaşır.

Keçən həftə ölkədə bir sıra sərt məhdudlaşdırıcı tədbirlər tətbiq olunub, lakin Çexiya həkimləri bu addımın təsirinin yalnız 2-3 həftədən sonra nəzərə çarpacağını və bu vaxta qədər vəziyyətin daha da pisləşəcəyini xəbərdar ediblər.

“Avropa İttifaqının 27 ölkəsinin səfirləri 10 dövlətin öz sərhədlərini açması haqda qərarlarını qüvvədə saxlayıblar. ABŞ və Rusiya bu siyahıya daxil edilməyib”. Bunu Brüsseldə diplomatik bir mənbə deyib.

Babək Göyüş                       

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*