Avropada inflyasiya rekordlar qırmaqda davam edir.
KONKRET.az xəbər verir ki, sentyabrda əmtəə və xidmətlərin qiymətlərinin ümumi səviyyəsinin artım tempi növbəti dəfə yeni rekordlar vurub, Avrozonada demək olar ki, 10%, Avropa İttifaqında isə orta hesabla demək olar ki, 11% təşkil edib.
Rəqəmlərə görə, Avropa artıq tənəzzül içindədir. Fransada yüksək inflyasiya ilə əlaqədar artıq kütləvi tətillər keçirilir. Belə ki, ölkədə qiymətlər 6,4% artıb. Ən yüksək göstəricilər Baltikyanı ölkələrdədir, illik ifadədə 22%-dən 24%-ə qədərdir.
Aşağıdakı rəqəmlərdən bunu aydın görmək olur:
Estoniya – 24,1%
Litva – 22,5%
Latviya – 22,0%
Macarıstan – 20,7%
Çexiya – 17,8%
Hollandiya – 17,1%
Polşa -15,7%
Bolqarıstan -15,6%
Slovakiya-13,6%
Rumıniya – 13,4%
Yunanıstan -12,1%
Belçika – 12,1%
Danimarka – 11,1%
Almaniya – 10,9%
İnflyasiyanın başlıca səbəbi enerji qiymətlərinin yüksəlməsidir. Nəticədə mal və xidmətlərin qiyməti də artır.
Avropada inflyasiya “Eurocentrobank”ın hədəflərindən 5 dəfə sürətlə artır. Analitiklər əmindirlər ki, oktyabrın sonunda tənzimləyici bütün əsas dərəcələrdə yeni artım elan edəcək.
Günel Mikayılova,
KONKRET.az