Avropada təbii qazın qiyməti oktyabrın 14-dən bəri ilk dəfə olaraq 1000 kubmetr üçün 1500 ABŞ dolları təşkil edib.
KONKRET.az xəbər verir ki, bu barədə Londonun “ICE Futures” birjası məlumat yayıb.
Bildirilib ki, Avropanın ən likvid habı olan TTF-də (Niderland) təbii qazın yanvar fyuçerslərinin qiyməti 1000 kubmetr üçün 2,5 % artaraq 1500,9 ABŞ dolları təşkil edib.