Avropanın şərq sərhədindəki ölkələr xəstəxanaları müharibəyə hazırlayır – DƏHŞƏTLİ PLANbackend

Avropanın şərq sərhədindəki ölkələr xəstəxanaları müharibəyə hazırlayır - DƏHŞƏTLİ PLAN

NATO-nun şərq qanadında yerləşən ölkələr mümkün müharibə ssenarilərinə qarşı hazırlıq tədbirlərini sürətləndirir. Politico nəşrinin yazdığına görə, bu dövlətlər tibb müəssisələrinin fövqəladə hallara reaksiya protokollarını yenidən nəzərdən keçirir, təlimlər keçirir, tibbi heyəti xüsusi avadanlıqlarla təchiz edir və əməliyyat otaqlarını yeraltı sahələrə köçürürlər.

KONKRET.az xəbər verir ki, bu tədbirlər, xüsusilə Rusiyanın Ukraynaya qarşı başlatdığı genişmiqyaslı müharibənin yaratdığı təhlükələr fonunda həyata keçirilir. Nəşr qeyd edir ki, müasir münaqişələrdə nə səhiyyə sistemi, nə də bu sistemə güvənən mülki əhali təhlükəsizlikdə deyil.

“Rusiya-Ukrayna müharibəsi göstərdi ki, müasir müharibələrdə səhiyyə infrastrukturu da birbaşa hədəfə çevrilə bilər. Şərqi Avropa ölkələri artıq bu reallığı nəzərə alaraq ciddi tədbirlər görürlər,” – deyə Politico məqaləsində vurğulanır.

Hazırda Polşa, Rumıniya, Litva, Latviya, Estoniya və digər NATO ölkələri səviyyəsində səhiyyə obyektlərində fövqəladə vəziyyətə hazırlıq planları genişlənir. Həmçinin xəstəxanaların bombadan mühafizə edilən yerlərdə fəaliyyət göstərə bilməsi üçün yeraltı infrastrukturlar yaradılır.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*