Böyük Britaniyanın Liverpul şəhərində Ukraynanın adından keçiriləcək “Avroviziya-2023” beynəlxalq mahnı müsabiqəsinin aparıcıları açıqlanıb.
KONKRET.az “The Guardian” nəşrinə istinadən xəbər verir ki, onların ikisi (şoumen Timur Miroşniçenko və “The Hardkiss” qrupunun üzvü Yuliya Sanina) ukraynalıdır.
Tədbirin aparıcıları qismində, həmçinin Hanna Veddinqhem, Alişa Dikson, Qrem Norton, Mel Gedroyts, Raylan, Skott Millz, Sem Kvek və Kler Suini çıxış edəcəklər.
Qeyd edək ki, müsabiqənin yarımfinalları 9 və 11 may, finalı isə 13 mayda baş tutacaq. Azərbaycan yarışmada iştirak edəcəyini təsdiqləyib.
Müsabiqənin builki loqosunun hazırlanmasında dörd parlaq rəngdən istifadə olunub. Builki şüar “United by Music”dir (“Musiqi ilə birləşdirilənlər”).