Avroviziya – 2023-ün keçirilə biləcəyi ölkə məlum olub.
KONKRET.az xəbər verir ki, bu qərarı Avropa Yayım Birliyi qəbul edib və onun iştirakçısı ikinci yeri tutan ölkədə – Böyük Britaniyada keçirilməsini təklif edib.
Avropa Yayım Birliyi Ukraynadan müsabiqəyə ev sahibliyi etmək hüququnu əlindən almaq qərarına gəlib.
İştirakçıların və tamaşaçıların təhlükəsizliyini təmin etmək mümkün olmadığı üçün “Eurovision 2023” Ukraynada baş tutmayacaq.
Mahnı müsabiqəsinin veb-saytında gələn il dünyanın hər yerindən yarışmaçıları qəbul edə biləcək şəhərlər göstərilib.
Qeyd olunur ki, müəyyən tələblər yerinə yetirilməlidir. Məsələn, ən azı 10 min tamaşaçı yerləşdirmək, 1500 jurnalist üçün mətbuat mərkəzi təşkil etmək mümkün olmalıdır. Festivalın keçiriləcəyi şəhərdə beynəlxalq hava limanı olmalıdır. Həmçinin ən azı 2000 nümayəndə, jurnalist və tamaşaçı yerləşdirmək üçün otel otaqları olmalıdır.
Bir çox şəhərlər belə tələblərə cavab verir, lakin bu gün müraciət edənlər siyahısında onlardan 9-u var: Aberdin, Belfast, Birmingem, Liverpul, London, Mançester, Nyukasl, Nottingem və Şeffild.
Xatırladaq ki, Kaluş Orkestri dünyaca məşhur Qlastonberi festivalında çıxış edib. Sənətçilər Boris Consona verdiyi dəstəyə görə təşəkkür ediblər.
Xuraman Etibarlı,
KONKRET.az