“Eurovision” mahnı müsabiqəsi tarixində ilk yaşanıb.
KONKRET.az xarici mətbuata istinadən xəbər verir ki,ilk dəfə olaraq avroviziyada iştirakçılar, media nümayəndələri və digər aidiyyəti şəxslər üçün rəsmi davranış qaydası tətbiq edilib.
Bu qaydalar sənətçilər üçün şəraiti yaxşılaşdırmaq və mübahisəli vəziyyətlərin qarşısını almaq üçündür.
Yeni qaydalara görə, çəkilişlərin qadağan olunduğu pərdəarxası zonalar yaradılacaq. Bəzi məşqlər bağlı qapılar arxasında keçiriləcək, məşq cədvəlləri isə sənətçilərə ev sahibliyi edən şəhərdə istirahət etmək və vaxtlarını xoş keçirmək məqsədilə uyğunlaşdırılacaq.
Növbəti müsabiqədə bu dəyişikliklər ilk dəfə tətbiq ediləcək./Milli.Az