Avstraliya hökuməti “Facebook”u məhkəməyə verdibackend

Avstraliya hökuməti “Facebook”u məhkəməyə verdi

Avstraliya hökumətinin informasiya üzrə məsul nümayəndəsi məxfilik qanunlarını pozduğuna görə “Facebook” haqqında federal məhkəmədə iddia qaldırıb.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı Avstraliya hökumətinin mətbuat xidməti yayıb.

“Hökümətin nümayəndəsi Avstraliyanın məxfilik qanununa zidd olaraq müdaxilə etdiyinə görə “Facebook” haqqında iddia qaldırdı”.

Avstraliyalı Facebook istifadəçilərinin şəxsi məlumatları “This is Your Digital Life” proqramı tərəfindən açıqlanıb. Bu, 1988-ci ildə imzalanan məxfilik qanununun pozulmasıdır.

Müvəkkil 2014-2015-ci illərdə də bu haqda danışıb. “Facebook”un 311127 avstraliyalı istifadəçisi informasiyalarının üzə çıxması ilə qarşılaşıb.

Sosial şəbəkəyə edilən başqa bir şikayət platformanın dizaynının istifadəçilərə məlumatlarının açıqlanmasına nəzarət etmək imkanı verməməsidir.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*