Avstraliyada köpəkbalığı qıza hücum etdi – dişinin biri qırıldıbackend

Avstraliyada köpəkbalığı qıza hücum etdi – dişinin biri qırıldı

Avstraliyada bir köpək balığı sörfçüyə hücum etməyə çalışıb, lövhədən tutub və dişini qırıb.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı “Daily Mail” nəşri yayıb.

Linda Marchant Sinclair Yeni Cənubi Uelsdə yerləşən Cabarita Beach sahilində üzürmüş. Bu zaman köpək balığı ona tərəf üzüb və lövhədən yapışıb. Qız yırtıcıdan yayınmağı bacarıb və balığın dişi sörfdə qalıb.

İdmançı sosial şəbəkədə “Cabarita Beach-də sörf etməyin” yazıb:

“Böyük köpək balığı taxtamdan yapışdı”.

Nəşr bildirir ki, həmin yerdən bir az aralıda 8 sentyabrda bir köpəkbalığı əmlakçı Nick Sladerə hücum edib. O, aldığı xəsarətlərdən ölüb.

Babək Göyüş                    

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*