Avstraliyada yüzlərlə koala snayperlərlə öldürüldü – ŞOK SƏBƏBbackend

Avstraliyada yüzlərlə koala snayperlərlə öldürüldü - ŞOK SƏBƏB

Ötən həftə Avstraliyanın Viktoriya əyalətindəki “Budj Bim” Milli Parkında yüzlərlə koala helikopterlərdən açılan atəş nəticəsində öldürülüb.

KONKRET.az xəbər verir ki, səlahiyyətlilər meşə yanğınlarından sonra ciddi şəkildə yaralanan, susuz qalan və aclıqdan əziyyət çəkən koalaları “evtanizasiya etmək” məcburiyyətində olduqlarını bildiriblər.

Lakin heyvan hüquqları müdafiəçiləri sağlam koalaların da hədəfə alındığını iddia ediblər.

Bu heyvanları öldürmək üçün snayperlərdən istifadə olunur. Heyvanları müdafiə edən təşkilatlar, əməliyyatdan sonra bir çox körpə koalanın anasız olduğunu və onların sağ qalma ehtimalının azaldığını bildiriblər.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*