Avstriya Rusiya diplomatından sentyabrın 1-dək ölkədən çıxmasını tələb edib.
KONKRET.az-ın məlumatına görə, Avstriya Xarici İşlər Nazirliyinin sözçüsü Klaudia Türçer bildirib ki, rus diplomatın hərəkətləri “Diplomatik münasibətlər haqqında Vyana Konvensiyası”na ziddir.
Qeyd edək ki, rusiyalı diplomat Avstriya vətəndaşı vasitəsi ilə Avstriyanın yüksək texnoloji müəssisələrindən birindən məlumat toplamaqda şübhəli bilinir. Avstriya vətəndaşı müəssisədəki casusluq fəaliyyəti barədə rəhbərliyi məlumatlandırıb və rus diplomatı özünün kuratoru adlandırıb.