Avstriyada koronavirusdan ölənlərin sayı 30-a çatdıbackend

Avstriyada koronavirusdan ölənlərin sayı 30-a çatdı

Avstriyada yeni növ koronavirusa yoluxanların sayı 5 min nəfəri keçib, virusdan ölənlərin sayı isə 30 nəfərə çatıb.

KONKRET.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat verib.

Qeyd edək ki, nazirlik gündə iki dəfə – yerli vaxtla saat 08:00 və 15:00-da koronavirus ilə əlaqədar vəziyyət haqqında məlumat yayımlayır. Bu səhər açıqlanan məlumata görə, Avstriyada koronavirusla bağlı 32 407 test keçirilib, onlardan 5 282-nin nəticəsi müsbət olub.

Çərşənbə axşamı Avstriya kansleri Sebastyan Kurts respublikada koronavirus üçün testlərin sayının artırılacağını, eyni zamanda müayinələrin sayını yüz minlərə qədər artırmaq üçün sürətli testlər keçiriləcəyini açıqlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*