Avtobus 800 metr hündürlükdən aşdı: Ölənlər varbackend

Avtobus 800 metr hündürlükdən aşdı: Ölənlər var

Boliviyada avtobusun 800 metr hündürlükdən aşması nəticəsində azı 31 nəfər həlak olub.

KONKRET.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, xəsarət alan 14 nəfərin vəziyyəti ağırdır.

“La Razon” qəzetinin məlumatına görə, həlak olanların əksəriyyətinin cəsədi hələ də tapılmayıb. Faktla bağlı araşdırma aparılır. Qəzanın səbəbləri hələ müəyyən edilməyib. Lakin ehtimal olunur ki, qəza sərt döngədə sürət həddinin aşılması səbəbindən baş verib.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*