“Avtobus gec gəlir, uzun müddət gözləməli oluruq” – Yaşma sakinlərinin etirazına BELƏ CAVAB VERİLDİ backend

"Avtobus gec gəlir, uzun müddət gözləməli oluruq" - Yaşma sakinlərinin etirazına BELƏ CAVAB VERİLDİ 

Xızı rayonunun Yeni Yaşma qəsəbəsi sakinləri iddia edirlər ki, Bakı-Quba yolunun 56-cı kilometrində dairə tikilməsi nəzərdə tutulur. Buna görə də, qəsəbəyə işləyən 26 nömrəli marşrut avtobusları əlavə yol qət etməli olur. Nəticdə intervalda gecikmə yaranır və sakinlər uzun müddət gözləməli olurlar. 

Sakinlərin iddiası ilə bağlı KONKRET.az-a açıqlama verən Sumqayıt Nəqliyyat Məhdud Məsuliyyətli Cəmiyyətinin nəqliyyat parkının müdiri Tofiq Saydumov bildirib ki, dairə tikintisi ilə bağlı rəsmi qərar yoxdur:

“Dairə tikilməsi barədə yayılan məlumatlar hələ ki, rəsmi təsdiqini tapmayıb. Bu iş Nazirlər Kabineti və Mərkəzi Dairə Komissiyasının qərarı ilə təsdiqlənəndən sonra ictimaiyyətə açıqlana bilər. Hazırda nə qərar qəbul edilib, nə maliyyə vəsaiti ayrılıb, nə də fundament atılıb. Ona görə də vətəndaşların şikayətləri əsassızdır”, – deyə qurum rəsmisi bildirib.

Onun sözlərinə görə, 26 nömrəli marşrut avtobusları Yeni Yaşma kəndinə mövcud qrafik əsasında hərəkət edir və sərnişinlər bu qrafiklə tanışdır. Qrafikdə gecikmə olması, avtobusların gecikməsi və ya əlavə yol qət etməsi mümkünsüzdür. Çünki bir avtobus digərinin qrafikinə girsə, o zaman hərc-mərclik yaranar. Bu cür halların baş verməməsi üçün AYNA, Sumqayıt Nəqliyyat MMC və digər aidiyyatı qurumlar xüsusi nəzarət həyata keçirir.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*