Əlcəzairdə sərnişin avtobusu yoldan çıxaraq körpüdən çaya düşüb.
KONKRET.az xəbər verir ki, qəza Haraş rayonundakı Əl-Hava əl-Cəmil istiqamətində Əl-Məhəmmədiyə bölgəsində baş verib.
Nəticədə 18 nəfər həlak olub, 9 nəfər yaralanıb. Yaralılardan ikisi ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Hadisə yerində xilasetmə işlərinə 25 təcili yardım maşını, 16 dalğıc və 4 qayıq cəlb olunub.