Avtomobil körpüdən çaya düşdü: yaralananlar varbackend

Avtomobil körpüdən çaya düşdü: yaralananlar var

Qubada avtomobil çaya aşıb.

KONKRET.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Xınalıq yolunda baş verib.

Belə ki, Şəki rayon sakini Sərdar Abbasovun idarə etdiyi 90-KE-880 dövlət nömrə nişanlı “Toyota” markalı nəqliyyat vasitəsi idarəetmədən çıxaraq körpüdən çaya düşüb.

Hadisə zamanı nəqliyyat vasitəsində olan sərnişinlər – Səbuhi Abbasov və Vüsalə Rəcəbova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*