Avtomobil velosiped sürən iki nəfəri vurdu: Biri öldübackend

Avtomobil velosiped sürən iki nəfəri vurdu: Biri öldü

Dekabrın 30-da saat 18 radələrində Saatlı rayonunun Şirinbəy kəndi ərazisində rayon sakini E.Osmanov sərxoş vəziyyətdə, sürücülük hüququ olmadan idarə etdiyi “Hyundai” markalı avtomobillə yolun kənarında velosiped sürən İ.Şükürovu və C.Fətəliyevi vurub.

Daxili İşlər Nazirliyindən KONKRET.az-a verilən xəbərə görə, nəticədə C.Fətəliyev hadisə yerində ölüb, İ.Şükürov isə xəstəxanaya yerləşdirilib.

Saatlı Rayon Polis Şöbəsində araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*