Avtomobil vuran Əməkdar artistdən XƏBƏR VARbackend

Avtomobil vuran Əməkdar artistdən XƏBƏR VAR

Oktyabrın 26-da avtomobil vurması nəticəsində xəstəxanalıq olan Əməkdar artist, Azərbaycan Dövlət Rəqs Ansamblının solisti Elizbar Osmanovun son vəziyyəti açıqlanıb.

Yaxınları KONKRET.az-a bildirib ki, hazırda 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan rəqqasın vəziyyəti orta ağır qiymətləndirilir:

“Daxili qanaxması dayanıb. Huşu yerinə gəlib. USM edəcəklər. Nəticə yaxşı olsa, digər klinikaya köçürüləcək, müalicə olunacaq”.

Qeyd edək ki, E. Osmanovu oktyabrın 26-da avtomobil vurub. Hadisə Nəsimi rayonu ərazisində Bakı Dövlət Sirkinin yaxınlığında baş verib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*