İngiltərənin şimalındakı Halifax şəhərində sürücü ətir spreyi sıxdığı maşında siqaret çəkmək istədikdə avtomobil partlayıb.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində nəqliyyat vasitəsi tanınmaz hala düşüb. Lakin sürücü yüngül xəsarətlərlə həyatda qalıb. Şahidlər onun sağ qalmasını möcüzə adlandırb.
Partlayışın yaxınlığındakı bəzi evlərin və iş yerlərinin şüşələrini sındırdığı deyilir.
Rəsmilər yanğının spreyin həddindən artıq çox sıxılması ilə əlaqələndirib.
Hazırladı: Günel MUSEYİB