Avtomobildə soyuq silah saxlayan sürücü həbs edildi – VİDEObackend

Avtomobildə soyuq silah saxlayan sürücü həbs edildi - VİDEO

Nizami Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində “Opel” markalı avtomobili dövlət qeydiyyat nişanı olmadan idarə edən, xüsusi səs və sayrışan işıqlardan istifadə edən və qanunsuz plyonka ilə örtülmüş şüşələri olan sürücü saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən KONKRET.az-a verilən məlumata görə, sürücü Vasif Hüseynli polisə tabesizlik göstərərək ərazidən yayınmağa çalışıb, lakin yol polisləri tərəfindən ələ keçirilib. Sürücünün avtomobili narkotik vasitənin təsiri altında idarə etdiyi müayinə nəticəsində müəyyən edilib

Avtomobilə keçirilən baxış zamanı, həmçinin xüsusi olaraq hazırlanmış və qadağan olunmuş kəsici-deşici alət olan xəncər də aşkar edilib. Hüseynli barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib edilərək məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə o, 20 sutka inzibati qaydada həbs edilib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*