Avtomobili insanların üzərinə sürdü: 15 yaralı varbackend

Avtomobili insanların üzərinə sürdü: 15 yaralı var

Fransanın şərqindəki Venzel kommunasında bir avtomobil izdihamın içərisinə girib, 15 nəfər yaralanıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Le Journal de Saône-et-Luara” nəşri məlumat yayıb.

Qeyd olunur ki, 12 nəfərdə həkimlər yüngül xəsarətlər aşkarlayıb, daha üç nəfər şok vəziyyətindədir.

Digər 19 yaşlı qız ayağından ciddi xəsarətlər alsa da, həyatı təhlükə altında deyil.

Yerli səlahiyyətlilərə görə, hadisə sürücünün bir neçə bar ziyarətçisi ilə mübahisə etdikdən sonra meydana gəlib. O, müəssisənin qarşısında avtomobillə insanları vurub.

Hadisə yerinə gələn polis əməkdaşları sərxoş vəziyyətdə olan 20 yaşlı cinayətkarı saxlayıblar.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*