Avtomobilini Azərbaycan bayrağı ilə silən sürücü üzr istədi – VİDEO + YENİLƏNİBbackend

Avtomobilini Azərbaycan bayrağı ilə silən sürücü üzr istədi - VİDEO + YENİLƏNİB

Xəbər verdiyimiz kimi, bu gün sosial şəbəkələrdə yaşlı kişinin bayraqla avtomobil təmizləməsinin videosu yayılıb.

KONKRET.az-ın məlumatına görə, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin inspektoru Zeyni Hüseynov bildirib ki, polis əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat texniki tədbirlərlə həmin şəxsin Sumqayıt şəhər sakini 72 yaşlı Soltan Mehdiyev olması müəyyən edilib.

Sumqayıt Şəhər Polis İdarəsinə dəvət olunan Soltan Mehdiyev izahatında taksi fəaliyyəti ilə məşğul olduğunu bildirib. O qeyd edib ki, avtomobilində təmizlik üçün bir neçə parça olub, lakin həmin vaxt səhv salaraq həmin parçalardan deyil, bayraqdan istifadə edib.

S.Mehdiyev etdiyi bu hərəkəti qınayan hər bir kəsdən üzr istəyib və peşman olduğunu bildirib.

***

16:17
Azərbaycanda taksi sürücüsü avtomobilini Azərbaycan bayrağı ilə silib. 

KONKRET.az xəbər verir ki, bununla bağlı video sosial şəbəkədə yayılıb.

Görüntülərdə orta yaşlı kişinin əlindəki bayraqla maşının üzərindəki tozu və avtomobilin dövlət nişanını silməyi yer alıb.

Videonu izləyənlər baş verən bu hadisəni qəzəblə qarşılayıblar.

Artıq Daxili İşlər Nazirliyi də Azərbaycan bayrağı ilə maşın silən şəxslə bağlı açıqlama yayıb.  Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, məsələ ilə bağlı araşdırma başlayıb.

Həmin görüntüləri təqdim edirik:

/oxu.az/
  • Saleh
    Yanvar 12, 2022 - 16:36

    Bunu çeken niye dillenmirdim o kaftara

  • Saleh
    Yanvar 12, 2022 - 16:37

    O kişinin oğlanları Şehid deyil yeqin o ne qanir bayrag nedi

Saleh üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*